Avqustun 29-da səhər saatlarında Rusiya FSB əməkdaşları evə soxularaq Krımda Krım tatar hərəkatının veteranı Zodi Saliyevanı saxlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Krım tatar Məclisinin sədri Refat Çubarov "Telegram"da
yazıb.
"Səhər saatlarında Rusiya FSB əməkdaşları Zodiya Salıyevanın evinə basqın edərək, Simferopola, Rusiya FSB-nin qərargahına aparıblar”, - o qeyd edib.
Onun sözlərinə görə, Salıyeva Krım tatar milli hərəkatının veteranı, ruslar tərəfindən 16 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Seyran Salıyevin anasıdır.
"Seyran Salıyevin dörd azyaşlı uşağı var, mən bu qısa videonu çəkdiyim vaxt Zodiya Salıyeva hələ də Rusiya FSB-nin nəzarətindədir”, - Çubarov bildirib.
O, vəziyyətə nəzarət edəcəyinə söz verib.
Alpər
Şərhlər