Xəbər lenti

Fransalı nazirin terrorçularla əlaqədə ittiham etdiyi Benzemanı Sudiyyədə hədələnir
İdman 12:58 18.01.2024

Fransalı nazirin terrorçularla əlaqədə ittiham etdiyi Benzemanı Sudiyyədə hədələnir

Fransanın "Əl İttihad” klubunun futbolçusu Kərim Benzema Səudiyyə Ərəbistanında Fransanın daxili işlər naziri Cerald Darmaninin hücumçunun terror təşkilatı ilə əlaqəsi barədə söylədiyi sözlərə görə təhdidlərə məruz qalıb. 

Qaynarinfo xəbər verir ki, bunu "RMC Sport"a açıqlamasında futbolçunun vəkili Haques Vigier deyib.

"Nazirin açıqlamalarının ciddi nəticələri var. Kərim Benzema təhdidlər alır. Nazir terror təşkilatı ilə əlaqəsi olduğunu söylədikdən sonra oynadığı Səudiyyə Ərəbistanınd ona nifrət mesajları gəlir", deyə vəkil bildirib.

Yanvarın 17-də məlum olub ki, Benzema Fransanın daxili işlər naziri Cerald Darmanini futbolçunun Müsəlman Qardaşlar hərəkatı ilə əlaqəsi barədə söylədiyi sözlərə görə məhkəməyə verib.

Dekabrın sonunda Benzema Səudiyyə Ərəbistanını tərk edib. O, "Əl İttihad”ın son məşqini buraxıb. Futbolçunun gedişinin səbəbləri barədə məlumat verilməyib. Hücumçu da məzuniyyətdən sonra komandanın iclasına gəlməyib və cəzalandırılıb.

Benzema 2023-cü ilin iyununda "Əl İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->