Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çərşənbə axşamı günü Avropa İttifaqının ən mötəbər qurumuna növbəti beş il ərzində rəhbərlik edəcək komandasının üzvlərini açıqlayıb.
Bu barədə Qaynarinfo "Reuters” agentliyinə
istinadən xəbər verir.
İttifaqın bütün 27 üzv dövləti Komissiyada bir yerlə təmsil olunacaq və hökumət nazirinin funksiyalarına oxşar funksiyaları yerinə yetirəcək, baxmayaraq ki, bu rolların siyasi çəkisi portfeldən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir.
Avropanın müdafiə və kosmos üzrə ilk komissarı litvalı Andrius Kubilius olacaq.
İspaniyanın energetika və ətraf mühit naziri Teresa Ribera antiinhisar tənzimlənməsi üzrə yeni Avropa komissarı olacaq.
Siyahıda, həmçinin sənaye strategiyasına cavabdeh olacaq Fransanın xarici işlər naziri Stefan Sejurne, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi postunu tutacaq Estoniya Kaya Kallas və İqtisadiyyat və məhsuldarlıq üzrə Avropa komissarı latviyalı Valdis Dombrovskis də var.
Aİ Komissiyasının yeni heyəti ilin sonuna qədər fəaliyyətə başlayacağı gözlənilir, yəni onun ilk vəzifələrindən biri noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin perspektivini müəyyənləşdirmək olacaq.
Avropa Komissiyasının səlahiyyətlərinə yeni Aİ qanunları təklif etmək, şirkətlər arasında birləşmələri əngəlləmək və azad ticarət sazişi bağlamaq daxildir. Bütün namizədlər Avropa Parlamenti tərəfindən təsdiqlənməlidirlər.
Nizami Bağırov
Şərhlər