Xəbər lenti

Fon der Leyen Avrokomissarlığa iki - kişi və qadın namizədin irəli sürülməsini xahiş edəcək
Dünya 10:18 04.07.2024

Fon der Leyen Avrokomissarlığa iki - kişi və qadın namizədin irəli sürülməsini xahiş edəcək

Jurnalistlərin fikrincə, Avropa Komissiyasının sədri vəzifəsinə yenidən namizədliyi irəli sürülmüş Ursula fon der Leyen yenidən üzv dövlətlərdən Avropa komissarları vəzifələrinə hər biri iki namizəd - bir kişi və bir qadın namizəd irəli sürməyi xahiş etmək istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə RMF FM Brüsseldəki həmsöhbətinə istinadən bildirib.

Baxmayaraq ki, fon der Leyenin vəzifəsi hələ təsdiqlənməyib - Avropa Parlamentində səsvermə iyulun 18-də baş tutacaq, Avropa Komissiyasında portfellərin bölüşdürülməsi prosesi və onların ən güclüləri üçün mübarizə faktiki olaraq artıq başlayıb.

Ursula fon der Leyen Avropa Komissiyasının əvvəlki tərkibinin formalaşmasında olduğu kimi, gender balansını təmin etmək üçün üzv dövlətlərdən Avropa komissarlığına iki namizəd - kişi və qadın təklif etməyi xahiş etməyi planlaşdırır.

"Ölkə nə qədər gec namizəd irəli sürərsə, qadın namizədin irəli sürülməsi üçün təzyiq bir o qədər çox olacaq”, - mənbə bildirib.

Hazırda 8 ölkə öz namizədliyi ilə bağlı rəsmi və ya yarı-rəsmi qərar verib və bunlar əsasən kişilərdir.

Belə ki, iqtisadi məsələlər üzrə məsul vitse-prezident Latviyadan Valdis Dombrovskis və əvvəlki AK-də daxili bazarda və Avropa müdafiə sənayesinin gücləndirilməsi ilə məşğul olmuş fransalı Thierry Breton yenidən namizəd olublar. Fon der Leyen üçün onlara indi daha az güclü vəzifələr təklif etmək və ya bu ölkələrdən olan qadın namizədə üstünlük vermək çətin seçim ola bilər.

Polşaya gəlincə, ehtimal olunan namizədlər barədə hələ də dəqiqlik yoxdur. Hazırkı xarici işlər naziri Radoslav Sikorskinin adı tez-tez müzakirələrdə hallanır, lakin o, öz vəzifəsində qalmaqda daha çox maraqlı olduğunu israr edir. Polşanın Aİ-dəki səfiri Piotr Serafinin də adı çəkilməyə başlayıb. Avropa komissarının namizədliyinin prezident Anjey Duda tərəfindən təsdiqlənib-təsdiqlənməməsi ilə bağlı mübahisələr proses ləngiyə bilər .

RMF FM-in qeyd etdiyi kimi, fon der Leyenin yanaşması, xüsusən də Polşa məsələsində qadın namizədin Avropa Komissiyasında daha nüfuzlu portfel əldə etmək şansı daha çox olacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->