Danimarka Hərbi Hava Qüvvələrinin komandanı Yan Dam F-16 qırıcılarının Ukraynaya gəlişindən sonra çox böyük gözləntilərdən əl çəkməyə çağırıb. O hesab edir ki, döyüş meydanında vəziyyət dərhal dəyişməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə cümə günü, iyunun 28-də Danimarkanın TV2 telekanalı məlumat yayıb https://nyheder.tv2.dk/2024-06-27-der-gaar-lang-tid-foer-danske-f-16-fly-goer-en-forskel-i-ukraine-siger-chef-for-flyvevaabnet .
"Bu qırıcılara çox böyük ümidlər var. Və biz yəqin ki, daha realist olmalıyıq. F-16, şübhəsiz ki, təsir edəcək, lakin bu, oyun dəyişdirici olmayacaq. Nə bu ay, nə də sonrakı ay”, - deyə Yan Dam bildirib.
Dam əlavə etdiyi kimi, qırıcıların döyüş meydanında effektiv olması üçün Ukraynada hava qüvvələrinin uzunmüddətli inkişafı lazımdır.
"Ukraynalılara tövsiyəm odur ki, hər hansı riskli missiyanı yerinə yetirməzdən əvvəl bu təyyarələrdən istifadə etməyi yaxşı bacarsınlar. Mən bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı ilə danışmışam”, - o əlavə edib.
Danimarka Hərbi Hava Qüvvələrinin komandanı hesab edir ki, ukraynalı pilotlar xaricdə təlim keçdikdən sonra Ukraynada çoxlu təlim keçməli olacaqlar. Onun sözlərinə görə, "F-16 qırıcıları həlledici əməliyyat effektinə nail olana qədər aylar və illər keçə bilər”.
Nizami Bağırov
Şərhlər