Xəbər lenti

Ermənistan Avropa İttifaqına üzv olarsa... (ŞƏRH)
Dünya 12:31 14.03.2024

Ermənistan Avropa İttifaqına üzv olarsa... (ŞƏRH)

"Hər iki istiqamətə eyni zamanda yön almaq mümkün deyil. Əgər hansısa bir ölkə iqtisadi, siyasi, hərbi birliyin üzvüdürsə, başqa - alternativ bir güc mərkəzində də təmsil oluna bilməz".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropa Parlamentinin Ermənistana Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsi imkanına baxılmasını təklif edən qətnaməni qəbul etməsinə münasibət bildirərkən deyib.

Natiq Miri bildirib ki, namizədlik statusu verildiyi təqdirdə, Ermənistan qarşısında konkret tələblər qoyulacaq:



"İrəvandan Rusiyanın dominant olduğu ittifaqlardan rəsmi olaraq çıxması tələb olunacaq. Paralel olaraq Rusiya da bunu İrəvandan tələb edəcək. Bu yöndə Ermənistana bəzi xəbərdarlıqlar artıq edilib. Sergey Lavrov bildirib ki, Ermənistan başqa hərbi bloka meyllənmək yolu tutduğu təqdirdə Avrasiya İqtisadi Birliyinin imkanlarından istifadə edə bilməz. Bu isə o anlama gəlir ki, Aİİ İrəvanla əlaqəni kəsəcək. Deməli, Avrasiya bazarları da Ermənistan məhsullarına bağlanacaq".

Ekspertin fikrincə, İrəvan Aİ üzvlərilə ikitərəfli qaydada münasibətlər sistemi qurmaq istəyir ki, həmin qurumdan çıxdığı təqdirdə bu bazarları itirməsin:

"Rusiya Ermənistana qaz-neft satışı qiymətlərinə də yenidən baxa bilər. Aİ-yə namizəd statusu almaq istəyən Ermənistan gələcəkdə Rusiyanın təsirində olan qurumlardan çıxmaq məcburiyyətində qalacaq. Ona görə də Ermənistan Aİ münasibətləri daha da dərinləşdirməyə və öz məhsullarını qurumun standartlarına uyğunlaşdırmasına ehtiyac var. Lakin Ermənistan üçün bu da problemlidir".

Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, Avropa Parlamenti Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanına baxılmasını təklif edən qətnamə qəbul edib. Qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib. 32 deputat isə bitərəf qalıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->