Xəbər lenti

Əmrah Səfərovun müsadirə edilmiş əmlakı geri qaytarıldı
Ölkə 11:53 11.09.2024

Əmrah Səfərovun müsadirə edilmiş əmlakı geri qaytarıldı

1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru Əmrah Səfərovun müsadirə edilmiş əmlakı geri qaytarılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində Cavid Hüseynin sədrlik etdiyi hakim heyəti belə qərar qəbul edib. 

Məlumat üçün bildirək ki, sözügedən məktəbdə direktor işləmiş Ə.Səfərov 63 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

67 yaşlı müttəhim məhkəmədə etiraf edib ki, uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkir. Elə bu səbəbdən cəzaçəkmə müəssisəsində işləyirmiş ki, 20 faiz artıq maaş alsın. Cinayət yolu ilə əldə etdiyi gəlirlərin da hamısını müalicəsinə xərcləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş həkim diaqnozlarında təqsirləndirilən şəxsin xəstəliyinin son mərhələsində olduğu qeyd olunub. Hakimlər bunu xüsusi nəzərə alaraq onu həbsə göndərməyib (Hökm: şərti məhkum etmə). Amma müttəhim Səfərovun 68 min manat dəyərində mənzili və 12 min manatlıq "Mersedes C80” markalı avtomobili Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəymiş ziyanın əvəzi olaraq müsadirə edilib. 

Təqsirləndəndirilən şəxs hökmün əmlak müsadirəsi hissəsindən narazı qalaraq apellyasiya şikayəti verib. Mütrəhim Səfərov əmlakının özünə qaytarılmasını xahiş edib. Yuxarı instansiya məhkəməsi şikayəti əsaslı hesab edib. Qərara əsasən, Ə.Səfərovun mənzili və avtomobili müsadirədən azad edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->