Xəbər lenti

Ekonomiks 17:55 10.08.2024

"Şəki-Tikinti-4" şirkəti ilə AQTA arasında nə baş verib?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı "Şəki-Tikinti-4” MMC-dir. 

Şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. İş hakim Tural Məcidovun icraatındadır. 

Məhkəmə çəkişməsi İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. 

"Şəki-Tikinti-4” MMC inşaat sektorunda fəaliyyət göstərir. 1998-ci ildə qeydiyyata alınan şirkət əvvəlcə Açıq Səhmdar Cəmiyyəti (ASC) kimi fəaliyyət göstərib. 2018-ci ildə şirkətin təşkilati-hüquqi forması dəyişdirilib. 

Nizamnamə kapitalı 48 586 manat olan şirkətin qanuni təmsilçisi Anna Vasilteva Oleqovnadır. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

AQTA-nın sədri isə Qoşqar Təhməzlidir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->