Xəbər lenti

Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinə töhfə verən həlledici amildir - NATO
Dünya 11:50 11.07.2024

Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinə töhfə verən həlledici amildir - NATO

Çin Xalq Respublikası (ÇXR) Rusiyanın Ukraynaya qarşı müharibəsinə töhfə verən həlledici amilə çevrilib.

Bu barədə Qaynarinfo NATO sammitinin yekunlarına dair birgə bəyannaməyə istinadən xəbər verir.

"ÇXR "sərhədsiz" adlanan tərəfdaşlığa və Rusiyanın müdafiə sənayesi bazasına geniş miqyaslı dəstəyinə görə Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici amilə çevrilib. Bu, Rusiyanın qonşuları və Avro-Atlantik təhlükəsizliyi üçün yaratdığı təhlükəni artırır”, - bəyannamədə deyilir. 

Nəticədə, Alyans BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etmək üçün xüsusi məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çini Rusiya Federasiyasının hərbi səylərinə istənilən maddi və siyasi dəstəyi dayandırmağa çağırıb. 

Sənəddə aydınlıq gətirilib ki, söhbət ikili təyinatlı materialların ötürülməsindən gedir. Xüsusilə, Rusiya müdafiə sektoru üçün resurs rolunu oynayan silah komponentləri, avadanlıq və xammal.

"ÇXR öz maraqlarına və reputasiyasına mənfi zərbə vurmadan yeni tarixdə Avropada ən böyük müharibəyə yol vermıməlidir", - bəyannamədə deyilir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->