Cənubi Koreya prezidenti Yun Sok Yol bildirib ki, Şimali Koreyanın ölkəsinə qarşı təcavüzü Pxenyan üçün rejimin süqutu ilə nəticələnəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap” agentliyi məlumat
yayıb.
"Şimali Koreya rejimi yer üzündəki ən irrasional rejimdir və hər an təxribatlar törədə bilər. Yalnız hərbçilərimizin güclü döyüş hazırlığı onun səhv hesablamalar aparmasına mane ola bilər”, - Cənubi Koreya lideri qeyd edib.
O, həmçinin xatırladıb ki, KXDR Cənubi Koreyaya daim "nifrətlə baxır”.
"Biz güclü birləşmə arzularını qoruyan və Koreya Respublikasına daim nifrətlə baxan Şimali Koreya rejiminə başa salmalıyıq ki, istənilən hərbi müdaxilə onun hakimiyyətinin sona çatmasına gətirib çıxaracaq”, - Cənubi Koreya prezidenti əlavə edib.
Cənubi Koreya prezidenti Şimali Koreyanın Koreyalararası sərhəddə yerləşdirdiyi və Cənubi Koreyanın 50 milyon əhalisinin təxminən yarısının yaşadığı Seul aqlomerasiyasının böyük hissəsini vura bilən uzunmənzilli artilleriya və raketlərinə qarşı güclü müdafiənin yaradılmasının zəruriliyini qeyd edib.
"Müharibə baş verərsə, Şimali Koreyanın uzaqmənzilli artilleriya və raket bazalarını erkən məhv etmək vacibdir", - Yun Sok Yol yekunlaşdırıb.
Nizami Bağırov
Şərhlər