Xəbər lenti

Bu partiya da seçkidə iştirak etməyəcək
Ölkə 22:40 15.12.2023

Bu partiya da seçkidə iştirak etməyəcək

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının genişləndirilmiş iclasında növbədənkənar prezident seçkiləri müzakirə edilib.

Modern.az xəbər verir ki, partiya seçkilərdə öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib.

Partiyanın Siyasi Şurası növbəti ildə Parlament və Bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab edib. 

AMİP üzvlərinin bəziləri seçkilərdə müşahidəçi kimi iştirak edəcək.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP) Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Müsavat Partiyası isə seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->