Xəbər lenti

Dünya 15:32 06.06.2023

"Bu, dəhşətli hərbi cinayət hadisəsidir" - Politoloq

"Kaxovka su anbarının partladılmasına görə, Rusiyaya qarşı Qərb, o cümlədən BMT başda olmaqla beynəlxalq təşkilatlar növbəti sanksiyaları tətbiq edəcəklər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etməsi və Rusiyanın Kaxovka su anbarını partlatması fonunda atılacaq addımları şərh edərkən deyib.

Politoloq bildirib ki, ABŞ Rusiyanın daha bir neçə fiziki və hüquqi şəxslərinə qarşı sanksiya tətbiq edib. 

"Moskvanın Ukraynada apardığı dağıdıcı müharibə ilə bağlı Vaşiqnton sərt mövqe nümayiş etdirir. Müharibə başlayandan üzü bəri bu sanksiyaların həm əhatə dairəsi, həm də sayı serial şəklində genişlənir. Kaxovska su anbarının ruslar tərəfindən partladılması isə dəhşətli hərbi cinayət hadisəsidir. Bu olay istər Mariupol, istərsə də Baxmutda yaşanan dəhşətli hadisədən də ağır fəlakətli nəticələr verəcək bir hadisədir. Su anbarının partladılması həm ekoloji, həm də insanlıq əleyhinə cinayətdir. Hadisə ekoloji, sosial, iqtisadi, mədəni və humanitar fəlakətə yol aça bilər. Həmin su anbarının qarşısında Zaporejye AES-i də var. Yaranmış vəziyyət həmin AES-də daha dəhşətli cinayətin baş verməsinə səbəb ola bilər. Düşünürəm ki, məhz, bu hadisədən sonra həm Putinə, onun hökumətinə, həm də bütövlükdə Rusiya dövlətinə qarşı beynəlxalq təşkilat və ictimaiyyətin, Qərbin təzyiq və iradları artacaq. Hadisə məğlubiyyətilə barışmış tərəfin artıq öz hərəkət və davranışlarına nəzarət edə bilmədiyinin göstəricisidir. Bu vəhşiliyin qarşısı dərhal alınmalıdır”,- deyə politoloq vurğulayıb.

Qeyd edək ki, ABŞ Rusiyaya qarşı sanksiyaları  genişləndirib. ABŞ Maliyyə Nazirliyi 7 Rusiyalı  fiziki və 1 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Rus ordusu isə bu arada Kaxovka SES-i partladıb. Obyektin partladılmasının bölgəyə böyük ekoloji fəlakət gətirəcəyi bildirilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->