Keçən il Aralıq dənizi və Atlantik okeanı vastiləsilə Avropaya keçmək istəyən 3 min miqrant, qaçqın və sığınacaq axtaran boğularaq ölüb və ya itkin düşüb.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə BMT hesabatında deyilir. BMT Qaçqınlar üzə Ali Komissiyası Şabia Manto
bildirib ki, bu, hələ keçən il Avropa sərhədlərində sərt nəzarətin olduğu ilin statistikasıdır.
Ondan əvvəlki il bu rəqəm iki dəfə çox olub.
"Biz artımların böyüdüyünü görürük. Bu narahatedicidir”, - deyə Şabia Genevrədəki mətbuat konfransında deyib.
2021-ci ilin ümumi statistikasından 1924 nəfərin mərkəzi və qərbi Aralıq dənizi ətrafında, 1153 nəfərin isə Kanar adaları istiqamətində öldüyü və ya itkin düşdüyü bildirilir.
"Dənizdən keçidlərin bir çoxu insanla dolu, suda üzməyə yararsız, şişmə qayıqlarda baş verib. Onların çoxu aşıb və ya sönüb, bu isə insan itkisinə səbəb olub”,- deyə komisiyadan bildirilib.
Ali komisiya həmçinin 2022-ci ilin başlanğıcından bu yana əlavə 478 nəfərin öldüyünü və itkin düşdüyünü bildirib.
Nurlan Hüseynov
Şərhlər