Bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsinin müzakirəsi zamanı deputatlar bələdiyyələrlə bağlı ciddi problemlərə toxunub.
Qaynarinfo xəbər verir ki, Milli Məclisin deputatı Elşad Musayev də Biləcəri bələdiyyəsinin borcundan bəhs edib.
Deputat bildirib ki Biləcəri bələdiyyəsinin külli miqdarda borcub yaranıb.
"Onların hesabına köçrülən pul dərhal silinir. Bu da bələdiyyənin fəaliyyətinə mənfi təsir göstərir. Yaranmış borc öncəki bələdiyyələrin vaxtında yaranıb. Yeni gələnlər isə nələrisə düzəltmək istəsə də bu alınmır. Təklif edirəm bu borc ya dondurulsun ya da silinsin".
Qafqaz Rafiqoğlu
Şərhlər