Xəbər lenti

Badamdar bələdiyyəsi məhkəməyə verildi
Ekonomiks 21:11 26.07.2024

Badamdar bələdiyyəsi məhkəməyə verildi

Səbail rayonu, Badamdar bələdiyyəsi məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, Hüseynov Seymur Tahir oğlu bələdiyyə barəsində iddia qaldırıb. 

Seymur Hüseynov məhkəmədə bələdiyyə barəsində "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - torpaq üzrə - Torpaq münasibətləri üzrə sair mübahisələr” üzrə iddia qaldırıb. 

İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovdur. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->