Aİ Şurasının sədri Şarl Mişel iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak etmək niyyətində olduğu üçün istefa verə biləcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Mişel Belçikanın De Standaard qəzetinə
müsahibəsində deyib.
"2024-cü ildə keçiriləcək Avropa seçkilərində iştirak etmək qərarına gəldim”, - o bildirib.
Mişel vəzifəsini vaxtından əvvəl tərk etmək və Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün iyun ayında Belçikanın liberal partiyası MR - Mouvement Réformateur (İslahat Hərəkatı) ilə birləşmək niyyətində olduğunu açıqlayıb.
Elan edilən qərarla əlaqədar Mişel bu ilin sonunadək, mandatı başa çatana qədər Avropa Şurasına sədrlik vəzifəsini tərk edəcək.
"İyunun sonu və ya iyulun əvvəlində Avropa Şurası bunu qabaqcadan görə biləcək və onun varisi ilə bağlı qərar verə biləcək”, - o deyib.
Alpər
Şərhlər