Avropa İttifaqı qurumun rəqabət qanunlarını pozduğuna görə "Apple” şirkətinə qarşı ilk antiinhisar cəriməsi tətbiq edib. Şirkət öz musiqi axını xidmətinə rəqibləri üzərində üstünlük verdiyi üçün 1,8 milyard avro cərimələnib.
Qaynarinfo xəbər verir ki, bu barədə MarketWatch məlumat
yayıb.
"Apple" proqram tərtibatçılarına iOS istifadəçilərini alternativ və daha ucuz musiqi abunə xidmətləri haqqında məlumatlandırmağı qadağan edib, Avropa Komissiyası bunu Avropa qanunvericiliyinin pozulması kimi qiymətləndirib. İsveçin "Spotify" striminq xidmətinin şikayəti əsasında uzun sürən araşdırmadan sonra şirkət cərimələnib.
Aİ böyük İT şirkətlərinin fəaliyyətinə fəal şəkildə nəzarət edir, o cümlədən Google-a çox milyard dollarlıq cərimələr və onlayn reklam bazarını ələ keçirdiyinə görə "Meta"ya (Facebook sahibi) qarşı ittihamlar. Avropa Komissiyası, həmçinin "Apple"ın mobil ödəniş xidməti ilə bağlı ayrıca antiinhisar araşdırmasına başlayıb.
Cümə axşamı qüvvəyə minəcək "Rəqəmsal bazarlar haqqında” qanun (DMA) "Apple", "Meta", "Google" və "TikTok" da daxil olmaqla böyük İT şirkətlərinə bir sıra qadağalar qoyur. "Apple" artıq Avropadakı "iPhone" istifadəçilərinə öz proqramlarından başqa tətbiq mağazalarından istifadə etməyə icazə vermək və tərtibatçılara alternativ ödəniş sistemləri təklif etmək imkanı vermək də daxil olmaqla, tələblərə necə əməl edəcəyini açıqlayıb.
Nizami Bağırov
Şərhlər