İnfluencer Brianna Çickenfri LaPaqlia "Grammy" mükafatlı müğənni Zak Brayan ilə uzunmüddətli münasibətdə olub. Cütlük ötən həftə ayrılıb.
Qaynarinfo-nun məlumatına görə, LaPaqlia iddia edib ki, Brayan ona münasibətləri və ya ayrılması barədə danışmamaq üçün məxfilik müqaviləsi imzalaması müqabilində 12 milyon dollar təklif edib.
İnternet fenomeni Dav Portni və Coş Riçardsla birlikdə hazırladığı "BFFs" podkastının cümə axşamı epizodunda bu açıqlamanı verib.
"Hər şey bitdikdən sonra Brayanın komandası mənə müraciət edərək, çoxlu pul və bir neçə seçim təklif etdilər. Onlar mənim etdiyim hər şeyi izləyəckdilər. Məncə, incitdiyiniz insanlara pul verib onlardan sizi qorumalarını gözləyə bilməzsiniz. Bu gözəl görünən münasibətə milyonlarla dollar təklif etmək və bunu sirr olaraq saxlamaq çox şey deyir", deyə 25 yaşlı LaPaqlia bildirib.
Pulu qəbul etmədiyini və etməyəcəyini söyləyən LaPaqlia əlavə edib: "Məncə, bu, dəhşətli bir şeydir".
Proqramın 47 yaşlı aparıcısı Portni LaPaqliaya cavabında deyib: "Hətta mən bir anlıq bu pulu götürməyi düşünə bilərəm".
Brayan və komandası iddialara hələ ki, cavab verilməyib.
Qeyd edək ki, oktyabr ayında müğənni "Instagram" hekayəsində LaPaqlia bir illik tanışlıqdan və inanılmaz dərəcədə çətin bir ildən sonra yollarını ayırdıqlarını açıqlayıb.
Aydın
Şərhlər