Xəbər lenti

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab
Ölkə 10:46 18.05.2024

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin".

DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: "İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil".//Report.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->