Məşhur amerikalı aktrisa Ancelina Coli görünüşü ilə pərəstişkarlarını qorxudub.
Qaynarinfo xəbər verir ki, Hollivud ulduzunun əlləri pərəstişkarlarının marağına səbəb olub.
Ötən gün aktrisa İtaliyada keçirilən 81-ci Venesiya Film Festivalında iştirak edib. Coli həmişə olduğu kimi, təkrarolunmaz bir görünüşü ilə qırmızı xalıya çıxıb. O, kino tədbirinə baş rolda oynadığı "Mariya" filmini təqdim etmək üçün qatılıb. Ancelina qırmızı xalçaya qolsuz zərif paltarda və xəz papağında çıxıb. Ulduzun zərif obrazını qiymətli zinət əşyaları tamamlayıb.
Lakin sənətçinin sosial şəbəkədəki tərəfdarlarının diqqətini onun geyimi deyil, əlləri çəkib. İstifadəçilər məşhurun əllərinin xəstə görünüşə malik olduğunu müşahidə ediblər. Xüsusilə də Colinin damarları dərinin altından qabarıb.
Aktrisa səhhətində problem olub-olmadığını açıqlamasa da, pərəstişkarları onun həyatında hər şeyin qaydasında olmadığı qənaətinə gəlib. Bir çox kadrlarda 49 yaşlı ulduz damarlarını gizlətmək üçün əllərini arxasına gizlədir, lakin venesiyalı fotoqraflar başqa bucaqdan şəkil çəkdirə biliblər.
"Vogue"un "Facebook" səhifəsi də məşhurun görüntülərini yayıb. Şərhlərdəki şəbəkə istifadəçiləri Colinin xəstə olduğunu bildirib.
Aktrisanın özü hələ mümkün xəstəliklə bağlı şayiələrə münasibət bildirməyib və görünüşünün səbəbini açıqlamayıb.
Aydın
Şərhlər