Xəbər lenti

Alvaro Morata:
Dünya 22:03 08.07.2024

Alvaro Morata: "İspaniyada heç kimə hörmət yoxdur"

İspaniyada millinin kapitanı Alvaro Morataya hörmət qoymurlar. 

Qaynarinfo xəbər verir ki, futbolçu bu barədə "Marca"ya müsahibəsində bildirib.

Morata Almaniyada keçirilən Avropa çempionatında İspaniya milli komandasının formasını geyinir. O, bu turnirin onun üçün sonuncu böyük yarış ola biləcəyini vurğulayıb.

"Mən sadəcə olaraq hər şeyin yaxşı bitməsini və bundan həzz almaq istəyirəm, çünki bu, milli komanda ilə son turnirim ola bilər. Bu haqda ətraflı danışmaq istəmirəm, amma belə bir ehtimal var. Xaricdə özümü yaxşı hiss edirəm, xoşbəxtəm, çünki insanlar mənə hörmət edirlər. İspaniyada heç nəyə və heç kimə hörmət yoxdur”, deyə futbolçu bildirib.

Qeyd edək ki, 1/4 finalda Almaniyanı udan İspaniya yarımfinaldaFransa ilə qarşılaşacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->