Xəbər lenti

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat bu tarixdə başlayacaq
Ölkə 17:43 23.08.2024

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat bu tarixdə başlayacaq

28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Bu barədə Qaynarinfo-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, abituriyentlər https://portal.edu.az/ platformasında "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->