Xəbər lenti

Ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı
Ölkə 09:33 23.08.2024

Ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində "Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Bu barədə Qaynarinfo-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində "Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->