Xəbər lenti

AK rəhbəri:
Dünya 22:10 26.05.2024

AK rəhbəri: "Avropa İttifaqı mümkün müharibəyə hazırlaşmalıdır"

"Rusiya Federasiyasının Ukraynadakı hərəkətləri və Vladimir Putinin dəfələrlə təhdidləri fonunda Avropa İttifaqı mümkün müharibəyə hazırlaşmalı və birgə silahlanma tədbirləri görməlidir".

Qaynarinfo xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Almaniyanın "Deutschlandfunk" radiosuna deyib.

AK rəhbəri həmçinin Ukraynanı ardıcıl dəstəkləməyin və onun müdafiə qabiliyyətini gücləndirməyin vacibliyini vurğulayıb.

"Əgər biz qitəmizdə sülhü qorumaq istəyiriksə, müdafiəyə sərmayə qoymalıyıq", deyə Avropa Komissiyasının rəhbəri izah edib.

Ursula fon der Leyen Rusiyanın hibrid hücumlarını xatırladıb, o cümlədən Estoniya ilə sərhəddə sərhəd nişanlarının son vaxtlar götürülməsi, miqrantlardan Aİ ilə qarşıdurma vasitəsi kimi istifadə edilməsi və sosial şəbəkələrin köməyi ilə avropalıları bölmək cəhdləri yada salıb.

O, həmçinin Aİ-nin müdafiə qabiliyyətinin gücləndirilməsinin blokun iqtisadiyyatına müsbət təsirini qeyd edib və Polşa və Yunanıstanın birgə hava hücumundan müdafiə sistemi yaratmaq təklifini yüksək qiymətləndirib.

"Bizim sərmayə qoyduğumuz milyardların köməyi ilə burada, Avropada da yaxşı iş yerlərinin yaradılması vacibdir", deyə AK rəhbəri izah edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->