Portuqaliya höküməti hesab edir ki, Avropa İttifaqının genişlənməsinin müəyyən vaxt çərçivəsi olmamalıdır, lakin onun qurumları yeni üzvlərin qəbulu üçün islahatlar aparılmalıdır.
Qaynarinfo Euractiv-ə
istinadən xəbər verir ki, bunu Portuqaliyanın Avropa məsələləri üzrə dövlət katibi Tyaqo Antuneş deyib.
"Müəyyən edilmiş və ya dəqiq müddətlər təyin etmək axmaqlıqdır. Genişlənmə prosesi namizədlərin öz uğurlarına və onların qabiliyyətinin qiymətləndirilməsinə və Kopenhagen meyarlarına uyğunluğuna əsaslanır”, - portuqaliyalı nazir bildirib.
Cümə günü İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Şurasının qeyri-rəsmi toplantısından əvvəl parlamentin Aİ işləri üzrə komitəsinin dinləmələrində çıxış edən Antuneş bildirib ki, Aİ-nin genişlənməsi toplantının "əsas məsələsi” olacaq.
O, əlavə edib ki, bu, prinsipial geosiyasi səbəblərə görə qoşulmağı ən çox gözləyən Qərbi Balkan ölkələri, eləcə də Ukrayna, Moldova və Gürcüstan üçün yeni əhəmiyyət kəsb edən "mütləq prioritetdir”.
"Biz bunun mümkün qədər tez baş verməsini istəyirik", - Antuneş deyib.
Portuqaliya iddia edir ki, Aİ həm namizəd ölkələr, həm də blokun özü üçün genişlənməni mümkün edəcək işi sürətləndirməlidir ki, hər iki tərəf "bu ana hazır olsun" və namizəd ölkələr də öz növbəsində, xüsusən əsas aspekt olan qanunun aliliyi ilə bağlı islahat prosesini sürətləndirməlidir.
Xatırladaq ki, avqustun sonunda Avropa Şurasının prezidenti Şarl Mişel Avropanın 2030-cu ilə qədər genişlənməyə hazır olmasını istədiyini bildirib.
Nizami Bağırov
Şərhlər