Xalq artisti Ağadada Ağayev barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Vüsal Tağıyev iş üzrə hakim təyin edilib.
Ağadadaş Ağayev bu ilin yayında "Medera" klinikasının mühafizəçisi Nurəddin Cəlilovla aralarında baş verən insidentlə gündəmə gəlib.
Hadisə nəticəsində "Medera" klinikasının qeydiyyat şöbəsinin əməkdaşı Nəzakət Paşayeva xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanmış və Ağadadaş Ağayev təqsiləndirilən şəxs qismində istintaqa cəlb edilib. Nurəddin Cəlilovla Nəzakət Paşayeva isə iş üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Bu maddədə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Seyid
Şərhlər