Xəbər lenti

Ağadadaş Ağayev balta ilə adam vurub: Nə baş verib? (TƏFƏRRÜAT/YENİLƏNİB)
Ölkə 12:39 23.07.2024

Ağadadaş Ağayev balta ilə adam vurub: Nə baş verib? (TƏFƏRRÜAT/YENİLƏNİB)

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatı məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Unikal.az-ın məlumatına görə, hadisə "MedEra" klinikasının qarşısında baş verib. "MedEra" klinikasının Mühafizə xidmətinin rəisi Valeh Soltanov hadisənin təfərrüatını açıqlayıb:

"Ağadadaş Ağayev bir gün əvvəl də klinikada olub. Ötən gün səhər saatlarında isə eyvandan deyib ki, həkim gəlsin. Həmçinin, gözətçini təhqir edib. Gözətçi Nurəddin Cəlilov isə təhqirlərə görə ona etiraz edib. Onlar arasında mübahisə həm klinikanın həyətində, həm də içərisində davam edib. Hadisə nəticəsində xəsarət alan N.Paşayeva da "MedEra" klinikasının qeydiyyat şöbəsinin əməkdaşıdır".

11.09

Ağadadaş Ağayevin aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirməsi ilə bağlı yeni təfərrüat məlum olub.

Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən məsələ ilə bağlı Oxu.Az-a bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırmalara başlanılıb.

10.58

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. 

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib. 

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. 

Daxili İşlər Nazirliyindən News24.az-a müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->