ABŞ Dövlət Departamenti Yunanıstana beşinci nəsil F-35 qırıcılarının mümkün satışını təsdiqləyib.
Qaynarinfo bu barədə Pentaqonun bəyanatına istinadən xəbər verir.
"Dövlət Departamenti Yunanıstan hökumətinə təxmini dəyəri 8,6 milyard dollar olan F-35 təyyarələri və müvafiq avadanlıqların mümkün xarici hərbi satışını təsdiqləməyə qərar verib", deyə Pentaqondan bildirilib.
Xatırladaq ki, ümumilikdə Yunanıstan ABŞ-dan 40-a qədər beşinci nəsil qırıcı, mühərriklər, rabitə avadanlığı, logistika sistemləri, təlim və dəstək, eləcə də ehtiyat hissələri tələb etmişdi.
Aydın
Şərhlər