ABŞ Türkiyəyə F-35-lər verməyib, lakin ardıcıl 6 il anbarda saxlanılan döyüş təyyarələrinin texniki xidmət haqqının ödənilməsini tələb edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık" nəşri yazıb.
Söhbət 30 milyon dollara yaxın məbləğdən gedir. Təyyarələrə hər ay texniki xidmət göstərilir. ABŞ ilk dəfə 2022-ci ildə bu təyyarələrin saxlanması üçün vəsait tələb edib.
Ankaranın ABŞ-dan 23 milyard dollar dəyərində yeni hərbi texnika sifarişinin dəyərinin bir hissəsini F-35 qırıcıları üçün artıq ödənilmiş vəsaitlə kompensasiya etmək qərarına gəlməsindən sonra bu məsələ Vaşinqton tərəfindən yenidən gündəmə gətirilib. Türkiyə ABŞ-dan 40 yeni "F-16 Block 70" təyyarəsi, 79 təkmilləşdirmə dəsti, 48 F110 mühərriki və çoxlu sayda sursat almağı planlaşdırır.
Aydın
Şərhlər