"Bu görüş heç də o anlama gəlmir ki, Vaşinqtonun Mərkəzi Asiya ölkələrinə təsir imkanları artır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstana səfər edərək, burada Mərkəzi Asiyanın 5 dövlət rəhbərini qəbul etməsinə münasibət bildirərkən deyib.
"Bəzi məsələlərdə münasibətlər daha da sıxlaşa, iqtisadi məsələlərdə müəyyən proseslər sürətlənə bilər. Mərkəzi Asiya enerji bazarının Qərblə daha sıx münasibətlər qurması baş verə bilər. Amma digər məsələlərdə ABŞ region ölkələrini öz tərəfinə çəkə bilməyəcək. Çinə qarşı Vaşinqton heç br effektiv addım atmaq iqtidarında deyil. Çin loqistika baxımından bu ölkələr üçün əhəmiyyətli oyunçudur. Mərkəzi Asiya ölkələri hələ də Rusiyaya iqtisadi və siyasi tərəfdaş gözü ilə baxır. Regionun reallıqları onları buna məcbur edir”, deyə politoloq bildirib.
Bu səbəbə görə də ekspert Blinkenin adıçəkilən səfərindən ciddi nəticə gözləmir:
"Bu səfər ətrafında real zəmin deyil, daha çox siyasi pafos yaradılıb”.
Həmsöhbətimizə görə, Vaşinqtonla Mərkəzi Asiya ölkələri arasında dialoq mürəkkəb şəkildə gedir:
"Mərkəzi Asiya+” formatı çoxdan formalaşan uzunmüddətli bir formatdır. Bu çərçivədə də ABŞ-la Mərkəzi Asiya ölkələri arasında müəyyən dialoq formalaşır. Bu dialoqda da daha çox enerji və təhlükəsizlik məsələləri müzakirə edilir, Əfqanıstan və bölgədə baş verən digər proseslər daha çox aktual olur.
Təhlükəsizlik məsələlərinin müzakirəsində yəqin ki, Rusiya və Çin amili də yer alır. Mərkəzi Asiya ölkələri başa düşür ki, dayanıqlı və sığortalanmış xarici siyasət kursu aparmaq istəyirlərsə, bütün qütblərlə eyni şəkildə münasibət yaratmalıdırlar. Ancaq ABŞ-ın məqsədi fərqlidir. ABŞ regionda öz dayağını möhkəmləndirməklə Moskva və Pekini qıcıqlandırır. Bu da region ölkələrini narahat edir. Mərkəzi Asiya ölkələri ilə ABŞ-ın maraqları bəzi məsələlərdə üst-üstə düşmür”.
Rüfət Sultan
Şərhlər