Xəbər lenti

ABŞ İsrailə Livanla müharibəyə qarşı xəbərdarlıq etdi
Dünya 16:16 06.06.2024

ABŞ İsrailə Livanla müharibəyə qarşı xəbərdarlıq etdi

İsrail ordusu Livandan pilotsuz uçuş aparatı hücumu nəticəsində bir İsrail əsgərinin həlak olduğunu bildirib. Bir gün əvvəl Xurfeiş kəndində PUA-nın partlaması nəticəsində yaralanan 39 yaşlı əsgər həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” məlumat yayıb

İsrail tərəfinin məlumatına görə, daha 10 nəfər yaralanıb. İsrailin 12 telekanalı xilasetmə təşkilatı Magen David Adom-a istinadən xəbər verir ki, üç nəfər orta ağır, daha yeddi nəfər yüngül xəsarət alıb.

Hücuma görə məsuliyyəti İranın dəstəklədiyi Hizbullah terror təşkilatı öz üzərinə götürüb. PUA təyyarənin hücumundan sonra İsrail hərbçiləri Livanın cənubunda silahlıların mövqelərinə zərbələr endirib.

Gərginlik fonunda baş nazir Benyamin Netanyahu İsrail ordusunun genişmiqyaslı hərbi əməliyyatlara hazır olduğunu vurğulayıb.

"Bizə zərər verə biləcəklərini və heç bir şey etməməklə reaksiya verəcəyimizi düşünən hər kəs böyük səhv edir", - Netanyahu bildirib.

ABŞ İsrail və Livan sərhədində genişmiqyaslı hərbi əməliyyatlara qarşı xəbərdarlıq edir. Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə bildirib ki, Vaşinqton "münaqişənin gərginləşməsini” istəmir.

"Bu, həm İsrail, həm də Livan tərəfinin daha çox itkisinə səbəb olacaq və İsrailin bölgədəki ümumi təhlükəsizliyini və sabitliyini ciddi şəkildə pozacaq”, - o vurğulayıb. 

Miller qeyd edib ki, Birləşmiş Ştatlar İsrailin şimal sərhədindəki vəziyyətin mürəkkəbliyini anlayır, burada on minlərlə israilli "Hizbullahın davamlı hücumları” səbəbindən geri qayıda bilmir.

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->