Slovakiya ABŞ-dan koronavirus pandemiyası və çip çatışmazlığı səbəbindən tədarükü iki il gecikən ilk iki F-16 hərbi təyyarəsini alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə AP məlumat
yayıb.
Qalan təyyarələr iki il ərzində mərhələli şəkildə təhvil veriləcək.
Slovakiya Prezidenti Peter Pelleqrini F-16-ların ölkənin qərbindəki Kucina Hava Bazasına gəlməsini alqışlayaraq, F-16-ların "ölkəsinin müdafiə qabiliyyətinin artırılmasına mühüm töhfə verdiyini” deyib.
2018-ci ildə hökumət köhnə sovet MiQ-29 təyyarələrini əvəz etmək məqsədilə ABŞ ilə 14 F-16 Block 70/72 döyüş təyyarəsi alınmasına dair 1,8 milyard dollarlıq müqavilə imzalayanda Pelleqrini baş nazir idi.
Slovakiya 2022-ci ilin yayında MiQ-29-ları rusiyalı texniki işçiləri evə qayıtdıqdan sonra onlara qulluq etmək üçün ehtiyat hissələri və təcrübə çatışmazlığı səbəbindən istismarını dayandırıb.
Ötən il Slovakiya hökuməti 13 MiQ-29-un Ukraynaya təhvil verilməsi planını təsdiqləyərək, Ukraynanın Rusiya işğalından müdafiə üçün hərbi təyyarə tələbinə cavab verən ikinci NATO üzvü olub.
Öz təyyarələri olmadığı üçün NATO üzvü olan Polşa, Çexiya və Macarıstan Slovakiyanın hava məkanının mühafizəsini öz üzərinə götürüblər.
Nizami Bağırov
Şərhlər