Xəbər lenti

Ekonomiks 09:02 12.10.2024

"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

"Bu gün Bakı şəhərinin bəzi yerlərində piyadaların sıxlığı müşahidə olunur. Bu zaman piyadalar avtomobillərin hərəkətdə olduğu yollarda təhlükəsiz şəkildə hərəkət edə bilmirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu amil nəzərə alınaraq, belə ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur".

"Trend"in xəbərinə görə, bu istiqamətdə görülən işlərlə bağlı AYNA-nın Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov ətraflı məlumat verib.

Qurum rəsmisi bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hərəkətin yenidən təşkili ilə bağlı müxtəlif layihələr həyata keçirilir.

Onun sözlərinə görə, agentlik fəaliyyətə başladığı ilk gündən piyadaların rahat və təhlükəsiz hərəkəti prioritet hesab olunur:

"Bir neçə gün əvvəl Xaqani bağı ətrafında yerləşən küçələr bağa birləşdirildikdən sonra yeni görkəmdə piyadaların ixtiyarına verildi. Hazırda metronun "28 May" stansiyasının qarşısında yerləşən ərazidə yenidənqurma işləri tamamlanmaq üzrədir. Hər iki layihə AYNA-nın təklifi əsasında Nəqliyyatı Əlaqələndirmə Şurasında razılaşdırılıb.

Eyni zamanda, artıq 6 aydır ki, həftəsonları və qeyri-iş günlərində şəhər mərkəzində yerləşən bir sıra küçələr sakinlər istisna olmaqla, digər avtomobillərin hərəkəti üçün bağlanır. Bu dəyişikliklər qeyd edilən ərazilərdə hamı üçün çox gözəl bir mühitin formalaşmasına imkan verməklə yanaşı, ərazinin turizm və biznes potensialının daha da artmasına kömək edir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->