Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kirştiano Ronaldo Amerikanın "Forbes" maliyyə-iqtisadi jurnalının versiyasına görə dünyanın ən çox maaş alan futbolçusu olub.
Qaynarinfo xəbər verir ki, Ronaldo 2024-cü il ərzində 285 milyon dollar
qazanacaq.
İkinci yerdə "İnter Mayami"nin hücumçusu Lionel Messi qərarlaşıb. Onun gəliri 135 milyon dollar olacaq.
İlk "üçlüy"ü "Əl-Hilal"dan Neymar tamamlayır. Braziliyalı 110 milyon dollar əldə ecədək.
Dördüncü yerdə "Əl-İttihad"dan Kərim Benzema (104 milyon dollar) qərarlaşıb, onu "Real Madrid"dən Kilian Mbappe (90 milyon dollar) izləyir.
İlk "onluq"da həmçinin aşağıdakı futbolçular qərarlaşıb:
Erlinq Haland (Mançester Siti) - 60 milyon avro
Vinisius (Real Madrid) - 55 milyon avro
Məhəmməd Salah (Liverpul) - 53 milyon avro
Sadio Mane (Ən-Nəsr) - 52 milyon avro
Kevin De Bruyne (Mançester Siti) - 39 milyon avro
Aydın
Şərhlər