2022-ci ildə Milli Məclisdə təmsil olunan partiyalara dövlət büdcəsindən ümumilkdə 4 597 123 manat maliyyə vəsaiti ayırıb.
Qaynarinfo xəbər verir ki, büdcədən ən çox pul ayrılan partiya Milli Məclisdə çoxluğa sahib hakim Yeni Azərbaycan Partiyasıdır (YAP). Ötən il hakim partiyaya büdcədən 2 403 344 manat vəsait ayrılıb. 2021-ci ildə isə bu məbləğ 1 888 232 manat təşkil edib.
3 nəfər təmsilçi ilə YAP-dan sonra parlamentdə ikinci partiya olan Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) isə 2022-ci ildə 366 305 manat vəsait ayrılıb. Bu, 2021-ci ildə ayrılan vəsaitdən 110 291 manat çoxdur.
Parlamentdə 1 nəfər deputatla təmsil olunan Respublikaçı Alternativ (ReAL), Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP), Azərbaycan Demokratik İslahatlar (ADİP), Ana Vətən (AVP), Böyük Quruluş (BQP), Vəhdət, Milli Cəbhə (AMCP) və Demokratik Maarifçilik (ADMP) partiyalarının hər birinə ötən il dövlət büdcəsindən 304 579 manat vəsait ayrılıb. 2021-ci ildə bu məbləğ 206 283 manat olub.
Maraqlıdır ki, Milli Məclisdə 1 nəfər deputatla təmsil olunan Vətəndaş Birliyi Partiyasına (VBP) nə ötən il, nə də 2021-ci ildə vəsait ayrılmayıb. Bu il isə VBP özünü buraxdığını elan edib.
Seyid
Şərhlər