Aktyor Ziya Ağa çalışdığı Akademik Milli Dram Teatrından ayrılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda aktyor özü məlumat yayıb. Ziya bildirib ki, buna səbəb onun iş qrafiki olub:
"Teatrda bu mövsüm üçün düşünülən, həqiqətən də, uğurlu hesab etdiyim, mərkəzin gələcəyi üçün uğurlu perspektiv vəd edən planları, iş qrafiki mənim planlarımla üst-üstə düşür. Amma iş qrafikimlə üst-üstə düşmədiyindən teatrdan ayrılmalı oldum.
Əgər teatrın gələcəyi üçün maneə olan kimliyindən asılı olmayaraq kimsə varsa, oradan uzaqlaşmalı və ya uzaqlaşdırılmalıdır".
Şərhlər