Xəbər lenti

Zaur toylara niyə getmir? - Səbəbini açıqladı
Maqazin 08:41 22.05.2023

Zaur toylara niyə getmir? - Səbəbini açıqladı

"Toya aparıcı kimi getmirəm. Çünki xoşlayıram ki, mən danışanda hamı qulaq assın".

Qaynarinfo xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev öz verilişində deyib. O, toy məclislərinə dəvət aldığını, amma getmədiyini deyib:

"Mən danışanda kimsə yeyəcək, oynayacaq, danışacaq, uşağın qulağın dartacaq, kiminsə nəyisə düşəcək və onunla məşğul olacaq... Toya gedənə pis baxmıram, dolanışıqdır. Təəssüf ki, indi ən böyük dolanışıq yeri toy məclisləridir. Konsert etməkdən az gəlir gəlir. Xərci qazancından çoxdur. Səsi, gurultunu sevmirəm. İstəyirəm mən danışanda hamı sussun və qulaq assın".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->