Xalq artisti Rasim Balayev səhhətindən danışıb.
Qaynarinfo xəbər verir ki, "Qonaqcanlı"ya müsahibə verən aktyor müalicələrinin davam etdiyini deyib.
"Dostlarım zəng edir ki, necəsən? Cavab verirəm ki, babatam. Deyirlər, bir dəfə də denən yaxşıyam. Deyirəm, yaxşıyam getdi. Bir az ayağımda probldem var. "Babək", "Dədə Qorqud" və bir türk filmində çəkilənsə atdan yıxılmışam. 60 yaşına qədər özünü bildirmədi. Sonra özünü göstərdi. Bəzən kabinetdə oturanda belə yırtıq yaranır. Əsəbi sıxır və sol ayağıma vurur. Tez-tez fizoterapiyaya gedirəm. Deyirlər qocalığı boynuna alma. Necə alma, bədəndə hiss olunur. Əsas odur ruh cavan olsun. Ruhum cavandı, amma cismim qocalıb. Cismim 77, ruh yaşım 25-dir".
Qeyd edək ki, R.Balayev bir müddət əvvəl əməliyyat olunduğunu açıqlayıb.
Şərhlər