"Elm və Təhsil Nazirliyi İmişlidə Yaponiya səfirliyinin bağçanı bərpa etməsinə icazə vermir".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
"İmişlinin Xəlfəli kəndinin uşaq baxçası bərbad gündədir. Yaponiya səfirindən də xahiş etdik. Onlar baxçanın tikintisi üçün 80 min dollar civarında pul ayırıb. Elm və Təhsil Nazirliyi deyir ki, tikilən baxçalar gərək Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun olsun. Haradan tapaq bir milyon manatı ki, baxça tikək? Onda zəhmət çəkib gedib özləri standartlara uyğun baxça tiksinlər. Elm və Təhsil Nazirliyinin aidiyyatı şöbəsi ilə danışdım, xeyri olmadı, nazir müavini ilə danışdım, xeyri olmadı, sonda cənab nazirlə danışdım və sağ olsun ki, yarım saatdan çox bir-birimizə kimin haqlı olduğunu sübut etməyə çalışdıq", deyə deputat qeyd edib.
Qafqaz Rafiqoğlu
Şərhlər