Xəbər lenti

Xanəndə Sabir Abdullayev: “Müəllim olduğuma görə heyfsilənirəm”
Sənət 13:56 05.10.2023

Xanəndə Sabir Abdullayev: “Müəllim olduğuma görə heyfsilənirəm”

"İnanın ki, müəllim peşəsini seçdiyimə görə peşmanam”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında xanəndə Sabir Abdullayev Beynəlxalq müəllim günündən danışarkən deyib. 

Sənətçi bildirib ki, dünyaya yenidən gəlsə bir də müəllim sənətini seçməz: 

"Bu gün əsl müəllim mənəm. Bu bayramın ən böyük payı mənə düşür. Səhər tezdən zəng-zəngə calanıb, tələbələrim məni təbrik edir. İrili-xırdalı nə qədər tələbə yetişdirim, amma mənimki bu sahədə alınmadı. Müəllim kimi qiymətimi almadım, zəhmətimi qiymətləndirmədilər. Axı mən də müəllim idim. Elə peşmanam ki. Kaş ki müəllim olmayaydım”. 

Sabir Abdullayev bu sənətin ona uğur gətirmədiyini vurğulayıb: 

"Bu sənət mənlik olmadı. Heyif...” 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->