"Afaq Bəşirqızının təklifini dəstəkləyirəm”.
Bunu Qaynarinfo-ya müğənni Manaf Ağayev Xalq artisti Afaq Bəşirqızının mərhum aktrisa Tünzalə Əliyevanın qızı üçün fond yaradılması təklifinə münasibət bildirərkən deyib. Manaf Ağayev Xalq artistinin təklifini yüksək dəyərləndirib:
"Bəyəndim və dəstəkləyirəm. Bu təklifə görə Afaq xanıma təşəkkür edirəm”.
Xanəndə Qəzənfər Abbasov da belə təklifləri dəstəklədiyini vurğulayıb:
"Allah rəhmət eləsin Tünzaləyə, onunla bağlı bir fond yaradılsa, çox gözəl olar. Ümumiyyətlə, belə təklifləri dəstəkləməliyik. Yəqin ki, dövlət də kömək edər. Belə təşəbbüslər alqışlanmalıdır. Afaq xanım çox gözəl yol göstərib. Uşaq kimsəsiz qalıb. Fond yaradılsa düşünürəm ki, ora hər kəs pul köçürər”.
Qeyd edək ki, Xalq artisti Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaratmağı təklif edib.
Bahar Rüstəmli
Şərhlər