"Rasim Balayev böyük sənətkardır. Nəinki Azərbaycanda, hətta bütün dünyada Azərbaycan kino sənətini tanıtdırıb. Hamının ona hörməti var və hesab edirəm ki, ağsaqqal kimi yuxarıda dayana bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rafiq Əzimov Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayına namizədlərdən danışarkən deyib.
Aktyor bildirib ki, qurultay nümayəndələri Rasim Balayevə səs verməlidir. "Bəs, özünüz niyə namizəd olmaq istəməzdiniz” sualına Rafiq Əzimovun cavabı belə olub:
"Mənim o yaşım deyil. Yaşımın elə vaxtındayam ki, istəmirəm arzularım və ittifaqın planları yarımçıq qalsın. İstedadlı, bu sənəti sevən, kinoda xətti olan insan sədr olmalıdır. Belə olarsa, dövlət də dəstək verərsə, inkişafa doğru gedərik”.
Bahar Rüstəmli
Şərhlər