"Yaltaqlıq kimi başa düşməyin, həyat yoldaşıma minnətdarlığımı bildirirəm”.
Qaynarinfo xəbər verir ki, bunu Xalq artisti Ramiz Novruz xərçəng xəstəliyindən əziyyət çəkən vaxtlarda ona yardımçı olan şəxslərdən danışarkən deyib.
Aktyor deyir ki, həmin vaxtlarda ona ayaq üstə durmağa məhz həyat yoldaşı dəstək verib:
"Təşəkkür edirəm, bütün əziyyətimi o çəkib, dik ayaqda durmağıma yardımçı olub. Onun əziyyətini unuda bimərəm”.
Aktyor başda Heydər Əliyev Fondu olmaqla onunla maraqlanan hər kəsə təşəkkür edib:
"İnsan bunu çətinə, dara düşəndə bilir, biz böyük xalqıq. Çox adam mənimlə maraqlanıb, vəziyyətimi soruşub. Sən demə, bir-birimizin qədirini bilirikmiş”.
Qeyd edək ki, Xalq artisti Ramiz Novruz xərçəng xəstəliyindən əziyyət çəkib. Bütün müalicələrdən sonra aktyor sağlamlığına qovuşub.
Bahar Rüstəmli
Şərhlər