Xalq artisti Mübariz Tağıyev sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub. Buna səbəb sənətçinin mətbuata verdiyi müsahibəndə "Ermənilər arasında da yaxşı insanlar var, gərək insafla danışasan” fikirlərinin səsləndirməsidir.
Mübariz Tağıyevin 27 sentyabr - Anım günündə belə bir fikir səsləndirməsi çoxlarının narazılığına səbəb olub.
Qaynarinfo olaraq məsələ ilə bağlı Xalq artisti Mübariz Tağıyevlə əlaqə saxladıq. Sənətçi bildirdi ki, o, öz fikrində qalır - hər yerin yaxşısı-pisi var, amma erməninin yaxşısına da lənət olsun:
"Hamı bilir ki, mən orada doğulub-böyümüşəm. Həqiqətən belə demişəm, lakin məqsədim erməniləri tərifləmək olmayıb".
Bahar Rüstəmli
Şərhlər