Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədliyini açıqlayıb.
Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, qurultayda namizədliyini irəli sürəcək:
"Namizəd olacağam, kim istəsə, məni dəstəkləyə bilər. Özümü sədrliyə layiq hesab edirəm".
Rasim Balayev sədrliyə digər namizədlər barədə danışmaq istəməyib:
"Deyirlər başqa namizədlər var, amma inanın ki, mən onların heç biri ilə maraqlanmıram".
Qeyd edək ki, Xalq artistləri Şəfiqə Məmmədova, Cəmil Quliyev və Şeyx Əbdül Mahmudbəyovun Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə namizəd olmaq istədiyi deyilsə də, hələlik rəsmi məlumat yoxdur.
Bahar Rüstəmli
Şərhlər