Xəbər lenti

Uzun illərdir gözlənilən Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edildi
Ekonomiks 15:58 02.10.2023

Uzun illərdir gözlənilən Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edildi

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qaynarinfo xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
 
Qeyd edək ki, Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılıb. Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->