Xəbər lenti

Şuşadan verilən mesajlar kimə ünvanlanmışdı? (ŞƏRH)
Ölkə 13:25 22.07.2024

Şuşadan verilən mesajlar kimə ünvanlanmışdı? (ŞƏRH)

"Şuşa Forumu Azərbaycanın inkişaf etməkdə olan demokratik dəyərləri qiymətləndirən bir ölkə olduğu və Prezidentin siyasətinin ölkəmizin milli maraqlarına cavab verdiyini bir daha sübut etdi".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən Forumda səsləndirdiyi mesajları şərh edərkən deyib.

"Cənab Prezident növbəti dəfə mətbuata açıq olduğunu, ölkənin qarşılaşdığı bütün məsələləri mətbuat vasitəsilə cəmiyyətlə bölüşdüyünü bir daha nümayiş etdirdi. Artıq neçənci dəfədir ki, ölkənin və dünyanın aktual məsələləri Prezident tərəfindən praqmatik, beynəlxalq hüquqa uyğun, Azərbaycanın milli maraqları nəzərə alınaraq izah edilir. Onlar içərisində sözsüz ki, Azərbaycanın qarşısında dayanan məsələlərin həlli daha əhəmiyyətlidir. Prezident görülən və görüləcək işlər barədə kifayət qədər məlumat verdi", deyə Aydın Mirzəzadə bidlirib.

Deputat qeyd edib ki, Prezident Forumda dünyanın rastlaşdığı vacib bir məsələyə də toxundu:

"Bu da feyk xəbərlərin yayılmasıdır. İnformasiya bu gün o səviyyədə inkişaf edib ki, istənilən məsələ anındaca dünyanın istənilən nöqtəsində yaşayan insanların diqqətinə çatdırılır. Bundan sul-istifadə edən müəyyən qüvvələr isə Azərbaycanla bağlı yalan, saxta xəbərlər yaymağa çalışırlar. Ən əsası isə onlar Azərbaycanı özlərinin etdiyi işlərdə ittiham edirlər. Azərbaycan ərazi bütövlüyünü təmin edir. Fransa isə buna görə ölkəmizi Ermənistana qarşı təcüvüzdə ittiham edir. Azərbaycan öz müstəqillik və suverenliyini qoruyur, Hindistan isə Ermənistana silah göndərir. Ölkəmizdə müxtəlif millətlərin nümayəndələri əmin-amanlıq, qardaşlıq şəraitində yaşadığı halda, bu dostluğa xələl gətirən qüvvələr var. Azərbaycan Prezidenti Şuşa Forumunda bu məsələlərə diqqət yetirərək, onların yolverilməzliyini vurğuladı".
 


Aydın Mirzəzadənin fikrincə, Prezidentin çıxışı bir daha göstərdi ki, haqq, ədalət mütləq öz yerini tapacaq:  

"Azərbaycan haqqında nə qədər saxta məlumatlar yaymağa çalışsalar da, həqiqət öz sözünü deyir. Prezident çıxışında onu da qeyd edib ki, dəfələrlə xarici qonaqlar ona yaxınlaşaraq, Azərbaycan haqqında məlumatlarının səhv olduğunu bildiriblər. Şuşa Forumu Azərbaycanın inkişaf etməkdə olan demokratik dəyərləri qiymətləndirən bir ölkə olduğu və Prezidentin siyasətinin ölkəmizin milli maraqlarına cavab verdiyini bir daha sübut etdi".

Qeyd edək ki, iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumuna start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb. 

50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Forum çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri:Media savadlılığının təşviqi” və "İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->