Xəbər lenti

“Unibank” kapitalını 11 milyon manatdan çox azaldır
Ekonomiks 11:20 26.12.2023

“Unibank” kapitalını 11 milyon manatdan çox azaldır

"Unibank” 11.19 milyon manatlıq səhmləri dövriyyədən çıxarır. 

Valyuta.az xəbər verir ki, bu barədə bankdan bildirilib. Məlumata görə, "Unibank”  geri satın alınmış səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı Bankın səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı qərar qəbul edib.

Qərara əsasən qiymətli kağızların dövlət reyestrində hər birinin nominal dəyəri 2.72 manat olan 4 milyon 112 min 487 ədəd sənədsiz adi adlı səhmlərin dövriyyədən çıxarılması barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən qeydlər edilib.

Bu səhmlərin ümumi nominal dəyəri isə 11 milyon 185 min 965 manat təşkil edir. 

Qeyd edək ki, bankın nizamnamə kapitalı 2022-ci ilin avqustunda artırılaraq 142,6 milyon manata yüksəldilmişdi. Bu isə kapitalın azaldılması deməkdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->