Xəbər lenti

Türkiyənin baş dindarı 517 min 600 kilometri niyə və necə qət edib?
Dünya 11:30 21.10.2024

Türkiyənin baş dindarı 517 min 600 kilometri niyə və necə qət edib?

Büdcəsi Türkiyənin 5 nazirliyinin büdcəsindən çox olan Diyanət İşləri Başçılığının sədri Əli Ərbaş mediada səs-küy yaratmış mübahisəli xarici səfərlərini davam etdirir. 

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Erbaş son 15 gündə daha 3 ölkəyə səfər edib. O, oktyabrın 1-də Qazaxıstana gedərək orada 5 gün qalıb. Ərbaş oktyabrın 10-da Albaniyaya, 11-də isə Serbiyaya səfər edib. 

Sədr 10 ay ərzində ümumilikdə 10 ölkəyə səfər edib. 8 ildir sözügedən vəzifədə olan Ərbaş təkcə bu il Səudiyyə Ərəbistanına 3 dəfə gedib. O, vəzifəyə gəldiyi 2017-ci ildən bəri 42 ölkəyə 100-dən çox səfərdə ümumilikdə 517 min 600 kilometr yol qət edib. Əli Ərbaş dünyanı 13 dəfə dövr edib. 

Həyat yoldaşı Səhər Ərbaş da ərinin bəzi xarici səfərlərində iştirak edib. Bu səfərlər zamanı onlar dəbdəbəli otellərdə qalıb, bəzi səyahətlərdə dövlətə məxsus təyyarələrdən istifadə ediblər. 

Onun səfər etdiyi ölkələr arasında Azərbaycan da var. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->