Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin ailəsi Türkiyədə onun adına fond yaradıblar.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, fond Elçibəyin qızı Çilənay Səmədbəyli tərəfindən təsis edilib və rəhbəri Aqil Səmədbəylidir.
Fondun yaradılmasında məqsəd Əbülfəz Elçibəy irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsidir.
Açılış mərasimi martın 29-da Elite World Hoteldə baş tutacaq.
Şərhlər